Azərbaycanlıya İsveçdə vəzifə verildi


04.09.2019 11:42
74
Azərbaycanlıya İsveçdə vəzifə verildi

Həmyerlimiz Turan Əliyev İsveç Krallığının Partille bələdiyyə məclisinin qərarı ilə 2020-2023-cü illər üçün Höteborq bölgə məhkəməsinə jüri üzvü seçilib.


Ekspress.az xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.


Onun sözlərinə görə, Höteborq, Öckerö, Harrida, Kunqalvs, Mölndals və Partille bələdiyyələri 800 min nəfər sakini əhatə edir:


"İsveç məhkəmə sistemində jüri üzvləri siyasi partiyalar tərəfindən namizəd göstərilir, bələdiyyə məclisi tərəfindən qəbul olunur. Lakin bu, siyasi vəzifə sayılmır.


Məhkəmə prosesində 3 jüri üzvü və 1 hakim qərarın verilməsində bərabər hüquqa və səs haqqına malikdirlər".


Qeyd edək ki, Turan Əziz oğlu Əliyev 1983-cü ilin 22 yanvar tarixində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraxanbəyli kəndində ziyalı ailəsində anadan olub. (axar)


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND