Almaniyada Azərbaycan turizminin təqdimatı keçiriləcək


05.09.2019 12:35
93
Almaniyada Azərbaycan turizminin təqdimatı keçiriləcək

Sentyabrın 10-12-də Azərbaycan Turizm Bürosu Almaniyanın Berlin, Hamburq və Frankfrut şəhərlərində silsilə tədbirlər keçirəcək.


Ekspress.az xəbər verir ki, bu barədə Turizm Bürosundan məlumat verilib.

"B2B (Biznesdən-biznesə) formatlı görüşlərdən və seminarladan ibarət tədbirlərdə Azərbaycan turizm sektorunun Almaniya və Avropa bazarları üzrə fəaliyyət göstərən 7 turizm şirkəti və hoteli iştirak edəcək.


Silsilə tədbirlər zamanı Azərbaycanın turizm potensialının təqdimatı baş tutacaq, ölkənin turizm marşrutları, görməli yerləri və hotelləri barədə iştirakçılara geniş məlumatlar veriləcək.


150-yə yaxın Almaniya şirkətinin qatılacağı görüşlər zamanı Almaniya şirkətləri ilə qarşılıqlı fikir mübadiləsi aparılacaq və gələcək əməkdaşlıq imkanları qiymətləndiriləcək.


Qeyd edək ki, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanı 1,8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk 7 ayı ilə müqayisədə 122 min və yaxud 7,4% çoxdur.

Ən böyük artım 76 min və ya 23% daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub.


Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39% və 44% artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4% artıb. (report)


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND