Firudin Qurbanov bir qrup tələbə ilə görüşüb

04.01.2019 18:33
344
Firudin Qurbanov bir qrup tələbə ilə görüşüb

Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov universitetin bir qrup tələbəsi ilə görüşüb. Ekspress.az BDU-ya istinadən xəbər verir ki, görüşdə Tələbə Həmkarlar, Tələbə Gənclər Təşkilatının fəalları, eyni zamanda, müxtəlif dərnəkləri, idman və intellektual komandaları təmsil edən tələbələrlə iştirak edib.


Müasir dövrdə gənclərin qarşısında duran vəzifələrdən, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışan F.Qurbanov tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün bilik, bacarıq və müvafiq vərdişlərin daim inkişaf etdirməli olduqlarına da diqqət çəkib. Eyni zamanda tələbələri universitet həyatında yaxından iştirak etməyə, idman, intellektual yarışlarda, mədəniyyət və incəsənət sahəsində daha fəal olmağa çağırıb.


Sonda tələbələrin arzu və istəkləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb, Firudin Qurbanov onların suallarını cavablandırıb.

Açar sözlər: