Lempard "Çelsi"nin baş məşqçisi ola bilər

15.05.2019 19:38
103
Lempard "Çelsi"nin baş məşqçisi ola bilər

İngiltərə təmsilçisi "Çelsi"nin sabiq futbolçusu Frenk Lempard komandanın baş məşqçisi ola bilər. 

"Sport Mediaset" xəbər verir ki, London klubu hazırda “Derbi Kaunti”yə rəhbərlik edən sabiq yarımmüdafiəçinin namizədliyini nəzərdən keçirir. 


"Çelsi"nin sahibi Roman Abramoviç hazırkı baş məşqçi Mauritsio Sarrinin azarkeşlərlə gərgin münasibətinə görə italiyalı mütəxəssisdən imtina etmək istəyir (report).


Qeyd edək ki, Frenk Lempard 2001-ci ildən 2014-cü ilədək "Çelsi"də çıxış edib. O, London klubunun heyətində 648 oyuna 211 qol vurub və komanda ilə 3 dəfə ölkə çempionu adını qazanıb. O həmçinin Çempionlar Liqasının da qalibi olub. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND