ABŞ-ın tanınmış diplomatı gürcü jurnalistlə evlənib - FOTO


17.06.2019 17:15
75
ABŞ-ın tanınmış diplomatı gürcü jurnalistlə evlənib - FOTO

ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker evlənib.


Ekspress.az xəbər verir ki, diplomat “Amerikanın səsi” radiosunun jurnalisti İa Meurmişvili ilə ailə həyatı qurub.


Cütlüyün nikahı iyunun 15-də Vaşinqtonda baş tutub.


Qeyd edək ki, 54 yaşlı K.Volker 2008-2009-cu illərdə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi olub (report). O, 2011-ci ildən Makkeyn İnstitutunun direktorudur. Təcrübəli diplomat 2017-ci il iyulun 7-də ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi təyin olunub.  


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND