Nazir: "OPEC+ sazişinin uzadılmasına dair qərar iyunda qəbul oluna bilər"

18.03.2019 13:01
109
Nazir: "OPEC+ sazişinin uzadılmasına dair qərar iyunda qəbul oluna bilər"


OPEC+ sazişinin uzadılmasına dair qərar aprel ayında deyil, iyunda qəbul oluna bilər.


Bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, OPEC+ sazişinin 2019-cu ilin ikinci yarısı

üçün uzadılması məsələsini apreldə müzakirə etmək çox tezdir:


“Qərar, çox güman ki, iyun ayında qəbul ediləcək. Kommersiya neft ehtiyatları artmaqdadır və neft bazarında hələ d dolğunluq müşahidə olunur. Neft ehtiyatlarının artımı dayansa belə, bazarda balansa qayıtmalı lazım olacaq”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND