Bu il Azərbaycan vətəndaşları Türkiyədə 374 mənzil alıb

16.05.2019 15:10
92
Bu il Azərbaycan vətəndaşları Türkiyədə 374 mənzil alıb

Türkiyədə mənzil alan azərbaycanlılar artmaqda davam edir.

 

Türkiyənin Statistika Komitəsi xəbər verir ki, 2019-cu ilin aprel ayında azərbaycanlılar Türkiyədə 87 mənzil alıblar.


2019-cu ilin yanvar-aprel dövründə isə azərbaycanlılar Türkiyədə 374 mənzil alıblar. 2018-ci ilin eyni dövründə bu say 257 idi. 

 

Azərbaycanlılar Türkiyədə mənzil alan xaricilər arasında 13-cü yerdədir. Aprel ayında Türkiyədən ən çox mənzili İraq vətəndaşları alıblar -  533 mənzil. İraqlıların ardınca 395 mənzil ilə Səudiyyə Ərəbistanı, 332 mənzil ilə İran, 202 mənzil ilə Küveyt və 202 mənzil ilə Rusiya vətəndaşları gəlirlər (marja). 

 

Türkiyədə mənzil satışları 2019-cu ilin aprel ayında ötən ilin eyni ayı ilə müqayisədə 18,1% azalaraq 84 min 403 olub. Xaricilərə satışlar isə illik 82% artaraq 3 min 720 olub.

 

2018-ci ildə azərbaycanlılar Türkiyədə 1250 mənzil alıblar. 2017-ci ilin 12 ayında bu say 942 mənzil idi.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND