Qusarda bahalaşma olmayıb

12.10.2018 14:22
359
Qusarda bahalaşma olmayıb

Azərbaycan 2018-ci ilin yanvar-sentyabr dövründə regionlar üzrə qiymət illik artımı fərqli olub. Rəsmi dövlət statistikasına əsasən, 2017-ci ilin eyni dövrü ilə müqayisədə qiymətlər 2,6 faiz artıb.


Regionlar arasında ən yüksək bahalaşma Abşeron rayonunda qeydə alınıb. Burada qiymətlər illik müqayisədə 8,1 faiz artıb. Abşeronda qiymətlərin bu dərəcədə yüksəlməsi ərzaq məhsulları ilə bağlı olub. Bu ilin 9 ayında Abşeron rayonunda qiymət artımı 13,4 faizə yüksəlib.


Abşeron rayonu ilə bərabər Göygöl (6,5 faiz) və Şamaxı (6,3 faiz) rayonlarında da qiymət artımı fərqlənib. Göygəl rayonunda bahalaşmanın yüksək olması xidmətlərin 13,4 faiz, Şamaxıda isə ərzaq mallarının 10 faiz bahalaşması ilə əlaqədardır.


Ən aşağı qiymət artımı Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Burada illik müqayisədə qiymətlər 0,6 faiz artıb.


Qusar rayonunda isə bahalaşma qeydə lınmayıb. Şimal rayonunda qiymətlər sabit qalıb.



Açar sözlər: