“YouTube” yeni qadağa tətbiq etdi

06.06.2019 13:27
72
“YouTube” yeni qadağa tətbiq etdi

“YouTube” videohostinqi öz meydançasında şovinist xarakterli materiallarla mübarizəni gücləndirdiyini elan edib.


Bu barədə servisin bloqunda məlumat yerləşdirilib.


“YouTube” qeyd edir ki, şirkət hələ 2017-ci ildə hər hansı qrupun üstünlüyünü göstərən roliklər üçün sərt tələblər yeridib (oxu.az). Nəticədə bu cür videoların izləmə sayı ortalama olaraq 80% azalıb.


“Bu gün biz yaş, cins, irq, kasta, din, seksual orientasiya,

yaxud veteran statusuna əsaslanaraq hər hansı bir qrupun üstünlüyünü nəzərdə tutan videolara qadağa qoymaqla yeni addım atırıq”, - deyə şirkətdə bildirilib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND