Yunanıstanda bazar günü növbədənkənar parlament seçkiləri keçiriləcək

05.07.2019 15:45
75
Yunanıstanda bazar günü növbədənkənar parlament seçkiləri keçiriləcək


Yunanıstanlı seçicilər iqtisadi böhran sonrası yeni dövr üçün parlament üzvlərini seçmək üçün bazar günü səsvermə məntəqələrinə gedəcəklər. Rəy sorğularına əsasən, seçkilərdə sabiq nazir, 51 yaşlı Kiriakos Miçotakisin rəhbərlik etdiyi sağ mərkəzçi Yeni Demokratiya partiyasının qalib gələcəyi gözlənilir.

AZƏRTAC yunan KİV-lərinə istinadla xəbər verir ki, ölkədə 10 milyona yaxın seçici qeydə alınıb. Baş Nazir Aleksis Tsiprasın qərarı ilə dörd ay əvvələ çəkilən seçkiyə 20 siyasi partiya qatılacaq. Onlar parlamentdəki 300 kürsü üçün mübarizə aparacaqlar. Seçki sisteminə görə, hökumət qurmağı asanlaşdırmaq məqsədilə seçkilərdən qalib çıxan partiya əlavə 50 deputat mandatı qazanacaq.

Son ictimai rəy sorğuları əsas mübarizənin Tsiprasın liderlik etdiyi SYRIZA və ana müxalifətdəki Yeni Demokratiya partiyaları arasında gedəcəyini göstərir. Sorğuların nəticələrinə əsasən, Baş Nazirin partiyası rəqibindən 8-11 bənd geri qalır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND