"Twitter"də problem yaranıb


02.10.2019 09:00
136
"Twitter"də problem yaranıb

Bir sıra ölkələrdə "Twitter" sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.


Ekspress.az xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur "Downdetector" xidməti məlumat yayıb.


"ABŞ-ın Şərq sahilində yerli vaxtla saat 21:14-də "Twitter"in işində problem müşahidə olunur", - xəbərdə deyilir.


Nasazlıqlardan ən çox Yaponiya və ABŞ istifadəçiləri şikayət edirlər. Bundan başqa, problemlərlə həmçinin Böyük Britaniya, Almaniya, Fransa və Avropanın başqa ölkələrinin sosial şəbəkə istifadəçiləri də qarşılaşıblar. Rusiyada əsasən paytaxt sakinləri nasazlıqdan şikayətləniblər.


Xidmətin məlumatına görə, istifadəçilərin əksəriyyəti saytın (təxminən 62%) işində problemləri hiss edir. İstifadəçilərin təxminən 27%-i "Apple" mobil telefonlarında və mobil proqramlarda sosial şəbəkənin işindən şikayət edirlər. İstifadəçilərin 9 faizi isə öz hesablarına daxil ola bilmirlər. (report)


Ekspress.az