İxtisas seçimi başa çatdı - Ən çox abituriyent III qrupdadır - RƏQƏMLƏR

07.08.2019 11:02
172
İxtisas seçimi başa çatdı - Ən çox abituriyent III qrupdadır - RƏQƏMLƏR

2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmaq üçün ixtisas seçimi ötən gecə başa çatdı.


Ekspress.az saytı Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki. ümumilikdə 58289 nəfər bu imkandan istifadə etdi. 


Nəticələrin 8 avqustda elan olunacağı gözlənilir.


I ixtisas qrupu üzrə 15223 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 17031 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (15101 abituriyent müsabiqə şərtini ödəyib).


II ixtisas qrupu üzrə 14181 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 14044 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (10166 abituriyent müsabiqə şərtini ödəyib).


III ixtisas qrupu üzrə 11271 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 18265 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (17465 abituriyent müsabiqə şərtini ödəyib).


IV ixtisas qrupu üzrə 3710 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 4460 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib (4082 abituriyent müsabiqə şərtini ödəyib).


V ixtisas qrupu üzrə 3462 plan yeri ayrılıb. 5278 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.


Bu il ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND