Avtobus sürücüləri arasında dava - FOTO

15.07.2019 11:49
125
Avtobus sürücüləri arasında dava - FOTO

İstanbul şəhərində dayanacaqlara tez çatıb, sərnişin götürmək yarışına girdiyi iddia edilən avtobus sürücüləri arasında dava olub.


Ekspress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dava zamanı başqa bir avtobusa minən sürücü sükan arxasında olan sürücüyə dəyənəklə hücum edib. Həmin an sərnişinlər tərəfindən lentə alınıb.


İlk öncə onlar arasında mübahisə yaranıb və böyüyərək davaya çevrilib. Avtobusdan düşən sürücü digər avtobusun sürücüsünü dəyənəklə döyməyə başlayıb.  Sərnişinlər araya girərək onları ayırıblar.


Daha sonra isə sürücülər öz yollarına davam ediblər (unikal.org). 


Ekspress.az


Açar sözlər: