Çingiz: Açıq fotolarımdan sonra cinsi azlıqlar mənə...


25.05.2019 18:22
184
Çingiz: Açıq fotolarımdan sonra cinsi azlıqlar mənə...

Müsabiqə boyunca açıq-saçıq fotolar çəkdirdiyimdən sonra cinsi azlıqlar mənə çox pis şeylər yazırdılar. 


Ekspress.az xəbər verir ki, Azərbaycanı “Avroviziya-2019” beynəlxalq mahnı yarışmasında təmsil edən müğənni Çingiz Mustafayevin Oxu.Az-a müsahibəsində deyib.


O qeyd edib ki, açıq-saçıq fotosessiyası Avropada böyük səs-küyə səbəb olub:

 

"Etiraf edim ki, daha da açıq şəkillər çəkdirməyimi istəyirdilər. Piarımla məşğul olan insan şalvarsız fotolar istəyirdi. Dedim ki, çılpaq şəkillər çəkdirə bilərəm, amma üstümü nə iləsə örtmək şərti ilə. Onsuz da biz dənizə gedəndə yarıçılpaq vəziyyətdə oluruq və elə fotolar çəkdirib paylaşırıq.


Bu yarışmada ifaçının görünüşü böyük önəm daşıyır. Məndən olsaydı bu cür addım atmazdım. Sadəcə piarla məşğul olan insan söylədi ki, belə fotoların çəkilməsi yarışma üçün mütləqdir. Mən də razılaşdım.


Çox pis şeylər yazırdılar. “Ye beni Recep, öp beni Recep” (gülür). Bu cür fotoları çəkdirməkdə məqsədim, tək cinsi azlıqlardan deyil, həm də normal insanların diqqətini cəlb etmək idi. Əgər sənin bədən quruluşun buna imkan verirsə, qarnın önə çıxmayıbsa, bədənində qüsur yoxdursa, bu cür şəkillər çəkib yaymaqda da qəbahət yoxdur. Bunu adi insanlar da normal qarşılayıb, bəyənirlər. Fotolarıma baxıb, aktiv şəkildə like və şərhlər yazırdılar. Etiraf edim ki, mənim bu cür açıq-saçıq fotosessiyam Avropada böyük səs-küyə səbəb oldu". 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND