• 7 °C Bakı
  • -3 °C Quba
  • 6 °C Gəncə
  • 1 °C Yevlax
  • 2 °C Naxçıvan

Venesuelada general girov götürüldü - silahlı toqquşma

23.02.2019 00:09
67
Venesuelada general girov götürüldü - silahlı toqquşma

Venesuelada ordu ilə pemon hinduları arasında toqquşma baş verib.

Qarşıdurma Venesuela prezidenti Nikolas Maduronun əmri ilə  əsgərlərin Bolivar əyalətində yerli əhaliyə atəş açmasından sonra başlayıb.


Ekspress.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.


Toqquşmalarda 2 nəfər ölüb, 22 nəfər yaralanıb.

Pemon hinduları onadək əsgəri və hücum əmri verən Milli Qvardiya generalı Xose Miqel Montoyyunu girov götürüblər. 

Bildirilir ki, silahlı toqquşmalar Braziliya ilə sərhəddə baş verib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND