Bakıdakı işsizlərin sayı açıqlandı

04.05.2019 14:58
144
Bakıdakı işsizlərin sayı açıqlandı

Bakıda işsizlik statusuna malik olanların sayı 18 658 nəfər təşkil edir. Bu ilin apreli ayının 1-nə Bakıda işsizlik statusu verilmiş şəxslərin sayı 18 658 nəfər təşkil edib ki, onlardan 530 nəfəri işsizlikdən sığorta ödənişi alanlar olub.


Ekspress.az -ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji tarixi ilə müqayisədə 2,5% azalıb.


İşsizlikdən sığorta ödənişi alan 530 nəfərə hesablanmış orta aylıq məbləğ 256,40 manat olub. Bakı şəhəri üzrə işsiz şəxslərdən 7 154 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat mart ayının axırına şəhər üzrə cəmi 2 526 nəfərdir, onlardan 1 311 nəfəri fəhlələrdir.


Qeyd edək ki, Bakı üzrə ən çox işsizlik statusuna malik olanlar Suraxanı rayonunda, ən az isə Pirallahı rayonunda qeydə alınıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND