Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - 3 nəqliyyat vasitəsi əzildi - VİDEO

21.05.2019 19:18
364
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - 3 nəqliyyat vasitəsi əzildi - VİDEO

Bakı-Sumqayıt yolunda sərnişin avtobusu da daxil olmaqla 3 nəqliyyat vasitəsi toqquşub.


Ekspress.az xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, hadisə Sumqayıt şəhərinin girişində qeydə alınıb.


Belə ki, 90 PD 038 dövlət qeydiyyatı nişanlı “Hyundai” markalı minik avtomobili 90 AM 802 dövlət qeydiyyatı nişanlı yük maşını ilə toqquşub. Daha sonra “Hyundai” Sumqayıt istiqamətində hərəkət edən Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus 50 AE 730 dövlət qeydiyyatı nişanlı ISUZU markalı sərnişin avtobusuna dəyib (report). 


Hadisə nəticəsində əzilən “Hyundai”in sürücüsü və sərnişini xəsarət alaraq təcili yardım maşını ilə xəstəxanaya aparılıb.



Ekspress.az