Dilqəm və Şahbaz qaytarılır? – Yeni xəbər var

19.09.2019 17:50
75
Dilqəm və Şahbaz qaytarılır? – Yeni xəbər var

Ermənistan hökuməti əsir götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycandakı erməni əsirlərlə dəyişdirilməsi ilə bağlı qarşı tərəfin təklifini müzakirə edir.


Ekspress.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan açıqlama yayıb.


Karapetyanın sözlərinə görə, bu barədə Baş nazir Nikol Paşinyanla şəxsən danışmasa da, məsələnin müzakirə olunduğundan xəbərdardır:


“Məsələnin həssaslığını nəzərə alaraq, yekun qərar verildikdən sonra elan edəcəyik”.


Xatırladaq ki, bundan əvvəl Azərbaycan tərəfi Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan vətəndaşları Karen Kazaryan və Araik Kazaryanla dəyişməyə hazır olduğunu bildirmişdi. (teleqraf)


Ekspress.az



  • SON XƏBƏR
  • TREND