Ermənistan vətəndaşlığından çıxanların sayı artır

06.03.2019 09:17
274
Ermənistan vətəndaşlığından çıxanların sayı artır

Son 5 ildə Ermənistanı tərk edərək Rusiya vətəndaşlığı alan ermənilərin sayı artaraq 27,1 min nəfərə çatıb.


Ekspress.az xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilir.


DİN-in məlumatına görə, onların əksəriyyəti bu ölkəyə qazanc üçün gələnlərdir.

Ümumilikdə son 5 ildə Rusiya vətəndaşlığını almış əcnəbilərin sayı iki dəfə artıb. 2018-ci ildə 269,4 min nəfər Rusiya vətəndaşlığı alıb, halbuki 2013-cü ildə bu rəqəm 135,8 min nəfər təşkil edib (report).Rusiya pasportunu həmçinin Ukraynadan gələnlər (83 min nəfər) alıblar. Bu ölkələr arasında Qazaxıstan (45,3 min nəfər), Tacikistan (35,7 min nəfər) və Özbəkistan da (21 min nəfər) var.


Ekspress.az