Trampdan sensasiya: Obama bu sirri bilirdi


19.06.2019 10:22
141
Trampdan sensasiya: Obama bu sirri bilirdi

ABŞ Prezidenti Donald Tramp seçkilərə müdaxilə məsələsində keçmiş həmkarı Barak Obamanı ittiham edib.


Ekspress.az xəbər verir ki, bu barədə Tramp Orlando şəhərində keçirilən mitinqdə çıxışı zamanı deyib.


“2016-cı ilin sentyabrında FTB Rusiyanın seçkilərə müdaxilə imkanı barədə Prezident Obamaya məlumat vermişdi, ancaq o, heç nə etmədi. Nədənsə düşündü ki, Hillari Klinton yekun nəticədə qalib gələcək. Buna görə də heç nə etmədi”, - Tramp bildirib (axar.az).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND