Nazarbayevin qızı yenidən spiker seçildi


02.09.2019 12:10
60
Nazarbayevin qızı yenidən spiker seçildi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Dariqa Nazarbayevanın yenidən Senatının (Parlamentin yuxarı palatası) sədri seçilməsini təklif edib.


Ekspress.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezident Administrasiyasının sədri Krımbek Kuşerbayev deyib.


Prezidentin təklifindən sonra parlamentin yuxarı palatasında keçirilən səsvermə nəticəsində Dariqa Nazarbayeva növbəti dəfə Qazaxıstan Senatının sədri seçilib.


Xatırladaq ki, Dariqa Nazarbayeva Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin qızıdır. 2016-cı ildən Senatın millət vəkili olan Nazarbayeva ilk dəfə 2019-cu ilin martında Qasım-Jomart Tokayevin təklifi ilə Senata sədr seçilmişdi. (axar)


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND