Yol polisi sürücülərə müraciət etdi: Gələn həftədən...

"Baku 2019" Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Ekspress.az xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, festivalın keçirildiyi müddətdə yol polisi gücləndirilmiş iş rejmində xidmət etməklə, yarışların təşkil olunduğu ərazilərdə nəzarəti artıracaq:
"Tədbirlərin rahat, təhlükəsiz keçirilməsi məqsədilə avtomobil yollarında sarı zolaqlarının ayrılması və onların xüsusi işarələrlə rənglənməsi paytaxtın inzibati ərazisinə düşən bəzi küçə və prospektləri əhatə edir ki, bunu avtomobil sahibləri və sürücülər nəzərə almalıdır.
Ötən dövrlərdə keçirilmiş idman tədbirlərində avtomobillərin hərəkətində sarı rəngli zolaqların tətbiq edilməsinin müsbət nəticələrini nəzərə alaraq, diqqətə çatdırırıq ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar.
Xatırladaq ki, sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, bu zolaqlar üzrə hərəkət etməsinlər.
Belə ki, paytaxtın "Ziya Bünyadov", "Q.Qarayev", "Neftçilər", "Atatürk", "H.Ələsgərova", "Azadlıq", "Z.Əliyeva, "Tiblisi, "Moskva", "Ü.Hacıbəyov", R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.
Sürücü və avtomobil sahiblərindən tədbirin əhəmiyyətini nəzərə alaraq, yollarda süni tıxac və sıxlığın yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri tövsiyə olunur" (Trend).
Ekspress.az
-
-
22.10 09:58
Baş Nazirin birinci müavininin köməkçisi vəfat edib
-
21.10 17:20
Tünzalə, Röya və Mir Yusifə “Xalq artisti” fəxri adı verilib
-
21.10 16:35
Ağırçəkili 1 nəfər mənzildən çıxarılıb
-
21.10 15:31
Gəncədə hündürmərtəbəli binada yanğın
-
21.10 15:10
Prezident bu şəxsləri təltif etdi
-
21.10 14:17
İntihar edən gəncin məktubu tapıldı - "Bağışla məni ana..." – FOTO/VİDEO
-
21.10 14:06
Sabah 26 dərəcə İSTİ OLACAQ
-
21.10 13:50
Bakıda prokurorluq əməkdaşı AVTOMOBİLDƏ KEÇİNDİ (Foto)
-
21.10 13:12
Bakının bu ərazisi “it qorxusu” ilə yaşayır - Foto
-
21.10 12:45
Teymur Mustafayevə AĞIR İTKİ
-
21.10 12:12
“Papa Cinema”da dostu onu sevgilisinə görə bıçaqlayıb! - ŞOK AÇIQLAMA
-
21.10 10:35
Maqnit qasırğası olacaq
-
21.10 09:35
8 bina sökülür - Köçürülmə başlanılıb
-
21.10 09:05
Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb
-
19.10 13:10
Bakı metrosunun bu stansiyaları bağlanır - Rəsmi
-
19.10 12:22
Prezident açıqladı: 4 minə yaxın köçkün ailəsi...
-
19.10 11:40
Azərbaycanda 5 yaşlı uşaq qızdırmadan öldü
-
19.10 11:32
Enerji içkilərinin bu şəxslərə satışı qadağan olunur
-
19.10 11:18
İlham Əliyev 2 sərəncam imzaladı
-
19.10 10:13
Rusiyada bənd uçdu: 12 ölü, 19 yaralı
-
-