Bakıda avtobus qəzaya düşdü - Yaralı var

23.09.2019 13:49
103
Bakıda avtobus qəzaya düşdü - Yaralı var

"Bir qədər əvvəl Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib".


Ekspress.az xəbər verir ki, bunu BNA-nın məıtbuat xidməıtinin rəhbər Mais Ağayev deyib.

O , bildirib kİ, 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 Dövlət Nömrə Nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb. Bakı Nəqliyyat Agnetliyi tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib. Hadisə zamanı bir nəfərin xəsarət aldığı bildirilir.


Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Qeyd edək bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məlum hadisənin ağır qəza olaraq təqdim edilməsi və xeyli sayda yaralıların olması barədə məlumatlar həqiqəti əks etdirmir.


Bakıda avtobus qəzaya düşdü -Yaralı var

(unikal)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND