Bakının mərkəzində binalardan birində yanğın - VİDEO- YENİLƏNİB

03.04.2019 09:53
300
Bakının mərkəzində binalardan birində yanğın - VİDEO- YENİLƏNİB

Mədəniyyət Nazirliyinin strukturuna daxil olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin binasında baş verən yanğın söndürülüb.


Ekspress.az xəbəre verir ki, bu haqda Mərkəzin rəhbəri Asif Usubalıyev məlumat verib.

O bildirib ki, yanğın səhər saat 7 radələrində başlayıb: “Yanğın artıq söndürülüb. Binanın üçüncü mərtəbənin bir hissəsi və damı zərər çəkib. Hələ tədqiqat gedir. İlkin ehtimala görə hadisə qısaqapanma nəticəsində baş verib”.


Qeyd edək ki, hadisə yerinə "Təcili tibbi yardım" maşınları cəlb olunub. Xəsarət alan yoxdur.


*** 09:05

Bakının mərkəzində binalardan birində yanğın baş verib.


Ekspress.az xəbər verir ki, yanğın Bəşir Səfəroğlu küçəsində yerləşən binalardan birində baş verib (report).



Ekspress.az

Açar sözlər: