Məsciddəki qətliam görüntülərini yayana 14 ilədək həbs verilə bilər

18.03.2019 09:13
223
Məsciddəki qətliam görüntülərini yayana 14 ilədək həbs verilə bilər

Yeni Zelandiyanın Kraystçerç şəhər məhkəməsi iki məsciddə törədilmiş silahlı insidentləri əks etdirən video görüntüləri yaydığına və ictimailəşdirdiyinə görə saxlanılmış 18 yaşlı gənci sərbəst buraxılması haqqında müraciəti rədd edib.


Ekspress.az -ın verdiyi xəbərə görə, həmin gənc aprelin əvvəllərinə təyin edilmiş növbəti məhkəməyə qədər nəzarət altında saxlanılacaq.


Yerli “The New Zealand Herald” nəşrinin yazdığına görə, 18 yaşlı oğlana qarşı iki ittiham irəli sürülüb: birbaşa video bağlantı və cinayətdə təqsirli bilinən şəxsə dəstək. Qeyd edilən ittihamlara görə ona 14 ilədək həbs cəzası verilə bilər(ONA).Bildirilir ki, məhkəmə dinləmələri zamanı o, hakimə ev dustaqlığına buraxılması üçün müraciət edib. Ancaq hakim Stiven O’Driskoll onun müraciətini təmin etməyib.


Ekspress.az