Qaz satışından gəlirimiz artır, birinci rübdə qazancımız 1,6 dəfə artıb

20.05.2019 14:12
47
Qaz satışından gəlirimiz artır, birinci rübdə qazancımız 1,6 dəfə artıb

2019-cu ilin birinci rübündə Azərbaycan 8 milyon 177 min ton neft ixrac edib. Bu, 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 0,2% çoxdur.


Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri 3 milyard 695 milyon (azalma 3,2%) təşkil edib.


2019-cu ilin I rübündə Azərbaycan 3 milyard 467,6 milyon kubmetr qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,1% çoxdur.


Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri 623 milyon 920 min (artım 1,6 dəfə) təşkil edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND