Azərbaycan Xəzər dənizində 7 411 metr dərinliyində quyu qazıb

18.04.2019 12:29
232
Azərbaycan Xəzər dənizində 7 411 metr dərinliyində quyu qazıb


“Caspian Driling” şirkətinin idarəçiliyi altında olan “Heydər Əliyev” altıncı nəsil yarımdalma qazma qurğusu Xəzər dənizində ən dərin quyunun qazılması üzrə rekorda nail olub.


“Caspian Driling”dən verilən məlumata görə, qazma işləri "Abşeron" (ABD-001 - quyu) yatağında aparılıb.


Quyu 15 aprel 2019-cu il tarixdə saat 13:00-da 7 411 metr (ümumi ölçülmüş dərinlik) dərinliyə çatıb. Bu, Xəzər dənizində hal-hazıradək qazılmış ən dərin quyudur. Qazma qurğusu “Caspian Driling” MMC-nin rəhbərliyi altında 2017-ci ildə Xəzər tərsanəsində tikilib, sınaqdan keçirilib və qurğuya ümummilli lider Heydər Əliyevin adı verilib (ONA). Hazırki quyu “Heydər Əliyev” yarımdalma qazma qurğusunun qazdığı ilk quyudur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND