Dünyada hər ay bir xalqın dili məhv olur

19.05.2019 12:26
70
Dünyada hər ay bir xalqın dili məhv olur

Dünyada hər ay ən azı bir xalqın dili məhv olur.


Bunu "RİA Novosti"-yə YUNESKO-nun şöbə müdiri Boyan Radoykov bildirib.


B. Radoykov deyib ki, ayda bir dəfə, bəzən də bir həftədə, iki həftədə dünyada bir dil sıradan çıxır:


"YUNESKO məhv olmaq təhlükəsi ilə üzləşmiş dillərin atlasını yaradıb. Biz bununla həmin dilləri qorumağa və gələcək nəsillərə çatdırmağa çalışırıq (ONA). Hazırda dünyada 5-6 min arasında köklü dillər var. Böyük ehtimalla, növbəti 50 ildə dünyadakı dillərin yarısı olmayacaq. Elə dil var ki. 2-3 nəfər danışır, onlar öldükdən sonra həmin dili yaşadanlar qalmır".


Qeyd edək ki. BMT Baş Assambleyası 2019-cu ili Xalqların Dilləri İli elan edib. Məqsəd dillərin qarşılaşdığı risklərə diqqət çəkməkdir.

 

Ekspress.az

  • SON XƏBƏR
  • TREND