I rübdə Azərbaycanda 283 ədəd minik avtomobili istehsal edilib

23.04.2019 17:26
117
I rübdə Azərbaycanda 283 ədəd minik avtomobili istehsal edilib


2019-cu ilin birinci rübündə Azərbaycanda minik avtomobillərinin istehsalı 283 ədəd təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.


Cari ilin yanvar ayında 89 ədəd, fevralda – 87 ədəd, martda – 107 ədəd avtomobil istehsal olunub.


1 aprel 2019-cu il tarixinə anbarlarda 189 ədəd avtomobil var.


Cari ilin yanvar-mart aylarında Azərbaycanda 313 ədəd müəxtəlif təyinatlı traktorlar istehsal olunub (İnterfaks-Azərbaycan). Ötən ilin analoji dövrü ilə müqayisədə istehsal 30,3% azalıb. - 288 ədədə qədər artıb. 1 aprel tarixinə anbarlarda 88 ədəd traktor var.


Hazırda Azərbaycanda avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir: Neftçala, Gəncə və Naxçıvanda. Eyni zamanda, Gəncədə zavod kənd təsərrüfatı texnikasının istehsalı ilə məşğul olur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND