2040-cı ildən sonra dünyada elektrikli avtomobillər çoxluq təşkil edəcək

16.11.2018 15:03
581
2040-cı ildən sonra dünyada elektrikli avtomobillər çoxluq təşkil edəcək

Dizel və benzinlə işləyən avtomobillərdən istifadəni qadağan edən ölkələrin sayı artır. Ekspress.az Bloomberg-ə istinadən xəbər verir ki, dünyanın ən böyük iqtisadiyyatlarından olan Çin, Hindistan, Fransa, İngiltərə və Norveç fərqli tarixlərdə benzinli və dizel avtomobillərə qarşı qadağa tətbiq etməyi düşünür.


Bu ölkələrlə yanaşı Avstriya, Danimarka, İrlandiya, Portuqaliya, İsaniya, Yaponiya, Hollandiya və Cənubi Koreya benzinlə və dizellə işləyən avtomobillərin satışını qadağan etmək niyyətindədir.


Ümumilikdə, adıçəkilən ölkələr 2040-cı ildən sonra yalnız elektrikli avtomobillərin satışına, hətta bəziləri istifadəsinə icazə verəcək.


Ekspress.az

Açar sözlər: