"Zirə"yə yeni baş məşqçi təyin olundu

09.10.2019 16:57
124
"Zirə"yə yeni baş məşqçi təyin olundu

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə"nin yeni baş məşqçisi bəlli olub.


Ekspress.az xəbər verir ki, qəsəbə təmsilçisi Zaur Həşimova həvalə olunub. Bu gün klub rəhbərliyi ilə 38 yaşlı mütəxəssis arasında görüş keçirilib və razılıq əldə edilib. Bu postda Samir Abasovu əvəzləyən Z.Həşimovla mövsümün sonuna qədər müqavilə imzalanıb.


Yeni baş məşqçi artıq sabahdan işinə başlayacaq.


Qeyd edək ki, Z.Həşimov 2016-cı ilin iyunundan 2017-ci ilin dekabrına qədər "Zirə"də əsas komandanın məşqçilər korpusunda yer alıb. O, cari mövsümdə "Qəbələ"nin məşqçisi vəzifəsində çalışırdı. (axar)


Ekspress.az