Sərhədçilər 5.1 km uzunluğunda dövlət bayrağı ilə yürüş ediblər - FOTOLAR

13.06.2019 15:18
180
Sərhədçilər 5.1 km uzunluğunda dövlət bayrağı ilə yürüş ediblər - FOTOLAR

Azərbaycan sərhədçiləri tərəfindən 15 iyun - “Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümünü münasibətilə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı bay­raq yürüşü təşkil edilib.


Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən xəbərə görə, dövlət müstəqilliyimizin rəmzi və hər bir azərbaycanlının qü­rur mən­bəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayra­ğını irəlidə generallar və zabitlər olmaqla 5000 nəfər­ heyət çiyinləri üzərində daşıyıb.


Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sər­hədçi süvariləri döv­lət bay­rağını başları üzərində ucaldıblar. 


Yürüş boyu yerləşdirilmiş zirehli döyüş tex­­ni­­ka­larında dövlət bay­rağının dalğalan­dırılması, bayrağımızdakı səkkiz gu­şəli ulduzu tərən­nüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.


Tədbirdə çıxış edən Dövlət Sər­həd Xid­mətinin rəisi, general-pol­kovnik Elçin Quliyev Azərbaycan xalqının “Milli Qurtuluş günü”nün 26-cı ildönümü münasibətilə şəxsi heyəti təbrik edib, 1993-cü ildə xal­qın tə­kidilə haki­miyyətə qayıdışı ilə Ulu Öndər Heydər Əliyevin qısa zaman ərzində ölkədə sabit­liyi bərpa et­məsini, tənəzzülün qarşı­sı­nı alaraq dövlətçili­yi­mizi qoru­ması­nı, müstə­qil­liyi­mizin əbədiliyini və dönməzliyini təmin etməsini qeyd edib. 












Ekspress.az

  • SON XƏBƏR
  • TREND