Azərbaycanda faciə - Su quyusuna düşən şəxs boğuldu

11.10.2019 16:39
96
Azərbaycanda faciə - Su quyusuna düşən şəxs boğuldu

Ağsu rayonunda faciə baş verib.


Ekspress.az -ın məlumatına əsasən, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Ağsu rayonunun Kalva kəndində 1 nəfərin meyitinin su quyusundan çıxarılması üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1958-ci il təvəllüdlü Hacıyev Namid Ağasən oğlunun meyitini quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. (big)


Ekspress.az