Masallı sakinini avtomobilində öldürən şəxs tutulub VİDEO

10.05.2019 11:17
318
Masallı sakinini avtomobilində öldürən şəxs tutulub VİDEO

Binəqədi rayonu, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində bıçaqlanma hadisəsi qeydə alınıb. 


Mübahisə zəminində baş verən hadisə nəticəsində naməlum şəxs tərəfindən iki nəfər bıçaqlanıb. 


İlkin məlumata görə, 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu dava edən tərəfləri sakitləşdirmək istəyərkən ayağından bıçaqlanıb.


O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. 

Bədənin müxtəlif nahiyələrindən bir neçə bıçaq zərbəsi alan, təxminən 25-30 yaşlarında olan Emin Səfərov isə qan itirmədən hadisə yerində ölüb. 


Əvvəllər "qanunsuz silah gəzdirmə" maddəsilə məhkum edilmiş Emin Səfərov yaşadığı binanın qarşısında BMW markalı şəxsi avtomobilində bıçaqlanıb.


Qətli törədən şəxs Emil Səfərova məxsus hərəkətdə olan BMW markalı avtomobilin arxa oturacağına əyləşib bıçaqla onun bədəninə zərbələr endirib, sonra isə boğazını kəsib. O, Emilin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib (ONA).


Qətli törədən şəxs saxlanılıb.


Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, 1988-ci il təvəllüdlü Səfərov Emin Ehtiram oğlunu bıçaqlayaraq öldürməkdə təqsirli bilinən Şərur rayon sakini, 1995-ci il təvəllüdlü Tağıyev Həsən Mərdan oğlu tutularaq istintaqa təhvil verilib.


Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.




Ekspress.az

  • SON XƏBƏR
  • TREND