Gürcüstanın Parlament Platformasında təmsil olunmamasının səbəbi məlum olub

12.06.2019 14:29
130
Gürcüstanın Parlament Platformasında təmsil olunmamasının səbəbi məlum olub

Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, yeni təsis olunan Bakı Parlament Platformasının koordinatoru Azay Quliyev Gürcüstanın bu qurumda təmsil olunmamasının səbəbini açıqlayıb.


A.Quliyev deyib ki, təsisçilərlə bağlı Platformanın Təşkilat Komitəsinin bu barədə qərarı var:


"İstəməzdim ki, bu barədə detalları açıqlayaq. Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının yaradılması zamanı bütün detalları, nüansları nəzərə aldıq. Bakı Parlament Platformasının Təşkilat Komitəsi olaraq qərara gəldik ki, hələlik Platformanın qurucularının 3 ölkə olması kifayətdir. Burada geosiyasi və regional məsələ nəzərə alındı. Amma heç şübhəsiz ki, Gürcüstan bizə tərəfdaş və dost ölkədir. Yenə də şübhə etmirəm ki, Gürcüstan yaxın aylarda bu Platformaya qoşulacaq (report).


Gürcüstanın Platformaya qoşulması ilə bağlı heç bir problemimiz yoxdur. Çox böyük maraqla Gürcüstanın bu Platformaya qoşulmasını gözləyirik".


Qeyd edək ki, bu gün Bakıda ATƏT Parlament Assambleyasının dəstəyi ilə Azərbaycan, Türkiyə və Almaniya parlamentarilərinin iştirakı ilə Bakı Parlament Platforması yaradılıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND