WhatsApp-da mesajlar yoxa çıxacaq - YENİ FUNKSİYA


02.10.2019 17:57
57
WhatsApp-da mesajlar yoxa çıxacaq - YENİ FUNKSİYA

Məşhur WhatsApp messencerində mesajlar silinəcək. 


Ekspress.az xəbər verir ki, yeni funksiyanın tətbiqi barədə proqramın yaradıcıları elan edib.


Məlumata əsasən, əlavənin yeni versiyasında istifadəçilər "mesajların avtomatik silinməsi" funksiyasını seçə biləcək. 


Mesajların saxlanma müddətini də hər kəs özü tənzimləyəcək.


Yeni funksiyanın dəqiq nə vaxt işə salınacağı hələlik açıqlanmır, lakin məlumdur ki, yeniləndikdən sonra WhatsApp, proqram təminatı köhnəlmiş smartfonlarda işləməyəcək. (big)


Ekspress.az