Bakıda bu ərazidə pulsuz “Wi-Fi” xidməti dayandırıldı

02.11.2018 17:18
330
Bakıda bu ərazidə pulsuz “Wi-Fi” xidməti dayandırıldı

“Bakı telefon rabitəsi” MMC-nin pulsuz “Wi-Fi” xidməti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində müvəqqəti olaraq dayandırılıb.


Ekspress.az xəbər verir ki, bu barədə Trend-ə MMC-dən məlumat verilib.


Agentliyin müsahibinin sözlərinə görə, xidmət bölgədə aparılan təmir işləri ilə əlaqədardır:


“Bu, elektrik xətlərindəki qüsurlarla bağlıdır. Təmir işləri başa çatdırılan kimi xidmət bərpa olunacaq”.


Ekspress.az