Bu da "Qəbələ" klubunun yeni prezidenti - FOTO

"Qəbələ" İdman Klubunun yeni prezidentinin kimliyinə aydınlıq gəlib.
Ekspress.az xəbər verir ki, Tale Heydərovun prezident vəzifəsindən istefasından sonra bu posta Fariz Nəcəfov təyin olunub.
Bildirilir ki, sabiq prezident tərəfindən 2008-ci ildə kluba vitse-prezident vəzifəsinə təyin olunmuş Nəcəfovun rəhbərliyi altında bundan sonra da klubun məqsədi "Qəbələ” Futbol Akademiyasının inkişafı və Avropa turnirlərində uğurlu çıxış planını davam etdirməkdir.
Yeni prezident Fariz Nəcəfov təyinatla bağlı bunları deyib: ""Qəbələ" İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacağam. Tale müəllim hər zaman klubun gələcəyinə böyük diqqət ayırıb və mən də akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm. Onun rəhbərliyi altında klubumuz tək futbolda deyil, digər idman növlərində də böyük uğurlar əldə edib" (ONA).
Fariz Nəcəfovun prezident postuna təyin olunması ilə bağlı Tale Heydərov isə bunları deyib: "Mənim üçün getmək zamanı gəlmişdi və Fariz Nəcəfovun yeni prezident olmağını açıqlamaqdan məmnunluq duyuram. 13 il ərzində klubun inkişafını görmək möhtəşəm idi və buna görə bir daha klubun kollektivinə, futbolçulara və azarkeşlərə təşəkkür edirəm - bilirəm ki, onlar daha da irəli gedəcəklər".
Ekspress.az
-
-
21.10 15:05
Güləşçilərimiz beynəlxalq turnirdə iki medal qazandılar - FOTO
-
17.10 12:23
Daha bir boksçu rinqdə öldü (VİDEO)
-
17.10 09:00
Dünya çempionatının ilk günü - iki cüdoçumuz medal qazandı
-
14.10 11:32
Dennis Higler səhvini etiraf edib, üzr istədi
-
14.10 10:55
Məşqçimiz hakim biabırçılığı haqda: Bizə dedi ki...
-
14.10 10:36
Millimiz son dəqiqədə qol vurdu: Hakim saymadı - VİDEO
-
14.10 10:20
Millimiz Macarıstana uduzdu
-
12.10 11:53
Türkiyə çətin qələbə qazandı, İngiltərə uduzdu
-
12.10 09:36
Keçmiş çempion karyerasını dəyişdi - Başqa idmana keçdi
-
10.10 16:00
Millimizin türk məşqçisi istefaya göndərildi, rusiyalı gətirildi
-
10.10 09:50
Xorvatiya Macarıstanı, Slovakiya Uelsi qəbul edəcək - AFİŞA
-
09.10 18:47
“Barselona”dan ayrılmağı düşünürdüm” – Messi
-
09.10 16:57
"Zirə"yə yeni baş məşqçi təyin olundu
-
08.10 14:22
AFFA “Neftçi”ni cəzalandırdı
-
08.10 11:32
“Formula 1” üçün bilet satışına endirimlərə START
-
08.10 10:00
Teymur Rəcəbov İlham Əliyevə və Mehriban xanıma təşəkkür edib - FOTO
-
07.10 17:31
Erməni türk idmançını rinqdə boğub öldürmək istədi - VİDEO
-
07.10 16:40
"Fili tərpətmə, Teymur" şərhini yazan danışdı: "Trend olacağını bilirdim"
-
07.10 14:10
"Neftçi"nin futbolçusu milliyə dəvət olunub
-
07.10 11:31
Messi mövsümdə ilk qolunu vurub
-
-