Azərbaycanı avrokuboklarda təmsil edəcək növbəti komanda bəlli olub


13.05.2019 18:25
136
Azərbaycanı avrokuboklarda təmsil edəcək növbəti komanda bəlli olub

AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi müəyyənləşib.


Ekspress.az xəbər verir ki, final matçında Sumqayıtın "Uğur" və Qusarın "Şahdağ" komandaları üz-üzə gəlib. "ASCO Arena"da keçirilmiş görüş "Uğur"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Gənclik şəhəri" təmsilçisinin heyətində 83-cü dəqiqədə Vüsal Bayımov, 90+6-cı dəqiqədə isə Vüqar Nadirov fərqlənib. 


Bu nəticədən sonra "Uğur" ardıcıl ikinci mövsüm Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil etməyə haqq qazanıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND