Demokratlar Trampdan altı illik vergi bəyannamələrini tələb ediblər


04.04.2019 09:13
199
Demokratlar Trampdan altı illik vergi bəyannamələrini tələb ediblər

ABŞ Konqresinin Nümayəndələr Palatasının Gəlirlər və Xərclər üzrə komitə sədri Riçard Nil rəsmi şəkildə Birləşmiş Ştatların prezidenti Donald Trampdan altı illik vergi bəyannamələrini tələb edib.


Ekspress.az xəbər verir ki,qanunverici orqan təkcə Trampdan deyil, həm də ona bağlı şirkətlərdən 2013-cü ildən 2018-ci ilə qədər vergi hesabatları haqqında məlumatları tələb edib.


Tramp isə öz növbəsində bildirib ki, o audit nəzarəti altında olduğundan Konqresə özünün vergi bəyannamələrini verməyəcək.


Daha əvvəl ABŞ prezidenti bildirib ki, o, 2020-cü ildə seçki kampaniyası zamanı 2 şüardan istifadə etməyi düşünür.


Ekspress.az

Açar sözlər: