Zaqatalada zəlzələ olub - FOTO - VIDEO - YENİLƏNİB


10.08.2019 13:15
273
Zaqatalada zəlzələ olub - FOTO - VIDEO - YENİLƏNİB

Zaqatalada 4,9 ballıq zəlzələ olub. 


Azərbaycan Milli Elmlər Akademiyasınəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.


Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. 


Bu yeraltı təkanlar Tbilisi daxil olmaqla, bütün Gürcüstan ərazisində hiss olunub. Zəlzələnin dağıntılara səbəb olması barədə hələ məlumat yoxdur. 


***


Qaxda zəlzələ olub.


"Report"un Şimal-qərb bürosunun məlumatına görə bugün səhər saat 11-35-də Qax rayonu ərazisində zəlzələ olub.


Yerli sakinlərin sözlərinə görə yeraltı təkanlar bir dəfə hiss olunub. 

Zəlzələ Qax şəhərində və ətraf kəndlərdə hiss olunub.


Ekspress.az