Azərbaycanlı əfsanəvi futbolçunun həyat yoldaşını maşınla vuraraq öldürüb


16.06.2019 19:43
85
Azərbaycanlı əfsanəvi futbolçunun həyat yoldaşını maşınla vuraraq öldürüb

Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.


Ekspress.az xəbər verir ki, bu barədə Lvov Regional Dövlət Administrasiyası məlumat yayıb.


Bildirilir ki, hadisə iyunun 15-də yerli vaxtla 20:05-də qeydə alınıb.


Məlumata görə, 44 yaşlı azərbaycanlı "Mercedes" markalı avtomobildə Qorski küçəsi ilə hərəkətdə olarkən 77 yaşlı qadını vuraraq üstündən keçib (report). Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.


Hüquq-mühafizə orqanlarındankı mənbələrin bildirdiyinə görə, ölən qadın "Karpat" klubunun (Lvov) əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşı, "Olimpiya-L" ixtisaslaşmış uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq dərəcəli hakim Lübov Rassıxinadır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND