• 7 °C Bakı
  • -3 °C Quba
  • 6 °C Gəncə
  • 1 °C Yevlax
  • 2 °C Naxçıvan

Paşinyan Qarabağ münaqişəsi ilə bağlı bəzi tezislərlə razılaşıb

22.02.2019 15:47
59
Paşinyan Qarabağ münaqişəsi ilə bağlı bəzi tezislərlə razılaşıb

Ermənistanın baş naziri Nikol Paşinyan Davosda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Qarabağ münaqişəsi ətrafında bəzi tezislərlə bağlı razılaşıb.

 

Ekspress.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazıb. Qəzet yazır ki, Paşinyan ATƏT-in Minsk qrupunun son səfəri zamanı yanvar ayında Davosda İlham Əliyevlə keçirdiyi görüşün detallarını bölüşüb.


“Paşinyan həmin görüş zamanı İlham Əliyevlə radikal olmasa da, müəyyən konsensus əldə edib və bu barədə ATƏT-in həmsədrlərinə məlumat verib”-deyə "Past” yazır (modern.az).

 

Qəzetə məlumat ötürən mənbə həmin razılaşmanın ATƏT-in Minsk qrupunun həmsədrlərini xeyli ruhlandırdığını yazır.


“Həmsdrlər durğunluq dövrünü yaşayan Qarabağ münaqişəsinin Ermənistandakı inqilabdan sonra aktivləşməsini, dövlət rəhbərlərinin tanışlıq mərhələsindən konstruktiv həll yoluna keçməsinin sevincini yaşayırlar”.


Digər məlumata görə isə, Paşinyan Qarabağ ətrafında gedən danışıqlarla bağlı öz partiyadaşlarını məlumatlandırıb. O, bu məsələ ilə bağlı məlumat sızmasının qarşısını almaq üçün jurnalistlərə açıqlama verilməməsini tapşırıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND