Pensiya və sosial müavinətlərlə bağlı qanuna dəyişiklik ediləcək

24.01.2019 20:18
332
Pensiya və sosial müavinətlərlə bağlı qanuna dəyişiklik ediləcək

"Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən, əmək pensiyalarının təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək. Digər əlavəyə görə, bu qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək.


"Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna da eyni məzmunda dəyişiklik edilir. Həmin qanuna 6.3-cü maddə əlavə olunur.


Əlavəyə görə, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək.


"Sosial sığorta haqqında", "Sosial müavinətlər haqqında" qanunlara da eyni məzmunda dəyişikliklər edilir.


Sputnik-Azərbaycan
Açar sözlər: