Baham adalarında qasırğa qurbanlarının sayı 20 nəfərə çatıb



05.09.2019 09:28
132
Baham adalarında qasırğa qurbanlarının sayı 20 nəfərə çatıb

Baham adalarında "Dorian" qasırğası qurbanlarının sayı 20-yə çatıb.


Ekspress.az xəbər verir ki, bu barədə "Miami Herald" qəzeti ölkənin səhiyyə naziri Düeyn Sendsa istinadən məlumat yayıb.


Qəzetin yazdığına görə, dağıntılar aradan qaldırıldıqca ölənlərin sayı artır.


Daha əvvəl "Dorian" qasırğası Baham adaları arxipelaqının şimal hissəsində yerləşən Abako adası sahillərinə çatmışdı. (report)


Ekspress.az


Açar sözlər: