Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

05.07.2019 11:30
39
Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkına (YTP) yeni rezident qəbul edilib.


YTP-dən AZƏRTAC-a bildirilib ki, Ekspertlər Şurasının müsbət rəyi nəticəsində uzunmüddətli innovativ layihəli “İNKOR” MMC Yüksək Texnologiyalar Parkının rezidenti statusunu alıb. Bununla da YTP-nin rezidentlərinin sayı 11-ə çatıb. Bu məqsədlə keçirilən tədbirdə YTP-nin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, “İNKOR” MMC-nin direktoru Vüqar Fərəcov və digər əməkdaşlar iştirak ediblər.

YTP-nin rezidentlərinə qanunvericiliyə müvafiq olaraq vergi və gömrük güzəştləri tətbiq olunur, onlara əlverişli infrastruktur şəraiti yaradılır, torpaq, istehsal sahələri, anbar və sair təqdim edilir, hüquq, mühasibat, marketinq, mühafizə, internet, konsaltinq və digər xidmətlər göstərilir.



  • SON XƏBƏR
  • TREND