"Abituriyent" jurnalının 3-cü nömrəsi nəşr edilib

19.06.2019 17:53
129
"Abituriyent" jurnalının 3-cü nömrəsi nəşr edilib

Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent" jurnalının 3-cü nömrəsini nəşr edib.


DİM-dən verilən məlumata görə, bu nömrədə 2019/2020-ci tədris ili üçün Azərbaycanın ümumi orta (9-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.


Jurnalı iyunun 24-dən etibarən DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.


Ekspress.az