İstanbul seçkilərinin ilkin nəticələri açıqlanıb; Əkrəm İmamoğlu böyük fərqlə öndədir

23.06.2019 20:40
77
İstanbul seçkilərinin ilkin nəticələri açıqlanıb; Əkrəm İmamoğlu böyük fərqlə öndədir

Türkiyənin İstanbul şəhərində keçirilən təkrar bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.


Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, səslərin təxminən 96 faizinin hesablanmasından sonra Əkrəm İmamoğlu 53,72 faiz, Binəli Yıldırım isə 45,37 faiz səs toplayıb.


İlkin nəticələri şərh edən B.Yıldırım rəqibinin ondan öndə olduğunu və Ə.İmamoğlunun İstanbul yaxşı işlər görəcəyinə ümid etdiyini bildirib.


Qeyd edək ki, bu gün İstabulda təkrar bələdiyyə seçkiləri keçirilir (trend).

Əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND