Pompeo: "Donald Tramp Rusiya ilə münasibətləri düzəltməyə çalışır"

14.05.2019 17:19
75
Pompeo: "Donald Tramp Rusiya ilə münasibətləri düzəltməyə çalışır"


“Rusiya və ABŞ münasibətləri düzəltməlidirlər”.


Bunu ABŞ dövlət katibi Mark Pompeo Soçidə rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə bildirib.


"Əlimizdən gələni etməliyik ki, ölkələrimizin təhlükəsizliyi üçün münasibətləri yaxşılaşdıraq. Biz bu dialoqu davam etdirəcəyik. Prezidentlərimiz bizi buna çağırıb ki, biz bunlara səy göstərək. Bu, təkcə iki ölkənin deyil, bütün dünyanın marağındadır (ONA). Ona görə də mən bu gün səbirsizliklə açıq dialoq gözləyirəm"- deyə Pompeo vurğulayıb.


ABŞ dövlət katibi bildirib ki, Rusiya və ABŞ silahlanma üzərində nəzarət, nüvə silahının yayılmaması və regional münaqişələrlə bağlı məsələlərdə kəsişmə nöqtəsini tapa bilər:


“Dediyiniz kimi, bizim yanaşmalarda fərq mövcuddur və hər bir ölkə öz maraqlarını müdafiə edəcək. Ümid edirəm ki, maraqlarımızın kəsişdiyi nöqtəni tapa bilərik. Bizim terrorla mübarizəyə qarşı oxşar yanaşmalarımız var”.


M.Pompeo Rusiyaya səfərinin məqsədini də açıqlayıb:


"Bu gün ona görə burdayam ki, prezident Donald Tramp Rusiya ilə münasibətləri düzəltməyə çalışır".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND