Vaşinqton Trampla Putin arasında görüşün keçirilməsini istəyir


13.05.2019 18:45
104
Vaşinqton Trampla Putin arasında görüşün keçirilməsini istəyir

Vaşinqton ABŞ prezidenti Donald Tramp və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş keçirilməsi üçün qarşı tərəfə müraciət edib.


Ekspress.az xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" qəzeti Dövlət Departamentinə yaxın mənbəyinə istinadən məlumat yayıb.


RBK telekanalı məlumat verib ki, ABŞ prezidentlər arasında danışıqların iyun ayının sonuna planlaşdırılan Yaponiyanın Osaka şəhərində keçiriləcək G-20 sammiti çərçivəsində aparılmasını təklif edib.


Daha əvvəl Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Putin ilə Tramp arasında görüş keçiriləcəyini istisna etməyib.


Qeyd edək ki, sonuncu dəfə Putin və Tramp mayın 3-də telefon danışığı vasitəsilə ünsiyyət qurublar. Həmin vaxt dövlət başçılarının söhbəti, təxminən, saat yarım davam edib.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND